22:02 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
© Sputnik / Ş. Abbasova / T. Mahmudov / İ. Mustafa / L. Orucova

Tədris ilinin birinci günü hər ailə üçün olduqca həyəcanlı hadisədir, xüsusilə də övladları birinci sinfə gedən valideynlər üçün. Bəs uşağı məktəbə hazırlamaq onlar üçün eynilə həyəcanlıdırmı, yoxsa...? Biz də məhz bunu öyrənmək qərarına gəldik.

Hər il sentyabrın əvvəli uşaqlar son tətil günlərinin o ki var dadını çıxarmaq, valideynlər isə bütün şəhəri ələk-vələk edib, onları məktəbə hazırlamaq hayındadırlar. Çantalar, qələmlər, iş dəftərləri, məktəb forması, daha nələr, nələr... İlin bu vaxtında əlində siyahı ilə mağaza-mağaza gəzən valideynləri görmək adi bir haldır. Bəs bütün bunlar valideynlərə neçəyə başa gəlir?

Sorğumuzda iştirak edənlərin demək olar ki, hamısı xərclərin 250-300 manat civarında olduğunu deyib. Ən böyük məsrəf isə çanta və ayaqqabı ilə bağlıdır. Azərbaycanda minimum əmək haqqının 250, orta əmək haqqının isə 540 manat olduğunu nəzərə alsaq, məktəbin başlaması uşaqlar üçün həyəcanlı olsa da, valideynlər üçün əsl stress mənbəyinə çevrilir.

Regionlarda mənzərənin başqa cür olduğunu düşünüb, orada da sorğu keçirmək qərarına gəldik. Amma orada da vəziyyətin eyni olduğunu desək, yanılmarıq.

Bizim isə arzumuz birdir. Uşaqlar məktəbə hansı çanta, hansı qələm və ya dəftərlə getməsindən asılı olmayaraq, layiqli övlad və yaxşı şagird olsunlar.

Digər videolar

Əsas mövzular