CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fövqəladə Hallar Nazirliyi iş başında – helikopterdən kadrlar

Abunə olmaq
Avqust ayında Azərbaycanın 10-a yaxın bölgəsində meşə yanğınları qeydə alınıb. Yanğınların, demək olar ki, hamısı söndürülüb. Yalnız Oğuz rayonunda yanğının söndürülməsi işləri davam edir. FHN-in helikopterindən yanmış ərazilərin necə göründüyünü videomuzda izləyin.

Qəbələ və Oğuz rayonlarının sərhədində avqustun 23-də başlamış yanğın artıq lokallaşdırılıb. Qəbələ rayonunda qeydə alınan yanğın tamamilə söndürülüb.

Hirkan Milli Parkındakı yanğın necə söndürülür - Sputnik Azərbaycan
VİDEO
Hirkan Milli Parkındakı yanğın necə söndürülür

Yalnız Oğuz rayonu Xaçmaz kəndi və Seyrandərə ərazilərində iki ocaq aktiv olaraq qalır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri FHN komandası ilə birgə helikopterdə yanğınsöndürmə əməliyyatında iştirak edib və bu ərazilərin səmadan necə göründüyünü lentə ala bilib.

Fövqəladə Hallar Nazirliyi Daxili xidmət general mayoru Fizuli Əsədovun sözlərinə görə ölkədə baş verən meşə yanğınlarında insan tələfatı faktı qeydə alınmayıb. Hal-hazırda Oğuz rayonunda aktiv olan iki ocaq üzərində işlər davam edir. Yanğının tez bir zamanda söndürüləcəyi gözlənilir.

Xəbər lenti
0