Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda ilk dəfə: küçə üslublu rəqs yarışı – Dance Your Style

Abunə olmaq
Avqustun 15-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışı keçirilib. Axşamın ən qaynar məqamlarını videomuzda izləyin.

Yarış müxtəlif küçə üslublarında oynayan rəqqasları bir araya gətirib. Açıq səma altında Bakının ən yaxşı 16 rəqqası – Kamran, Crazy Beat, Zico Firestar, Mufayat, Khan, Gaijin, Molnia, Shifu, Nemo, Zied, Lee, Quattro J, Button, Misterio, Question və Rayman - öz məharətini göstərib.

Yarışın ən maraqlı məqamlarından biri o olub ki, rəqqasları münsiflər heyəti deyil, tamaşaçılar qiymətləndiriblər. Səhnəyə daxil olana qədər isə iştirakçılar hansı trekin sədalarına rəqs edəcəklərini də bilməyiblər. Pult arxasında duran Dj Tim isə əsrarəngiz pleylisti ilə hər kəsi sevindirib – belə ki, onun repertuarına hip-hop, R’n’B, brippop, rok, hətta Latın Amerikası kompozisiyaları daxil olub.

Final toqquşmada B-boy Khan və Rayman təkbətək “döyüşüblər”. Rayman səhnəyə milli geyimdə çıxmaqla özünə xeyli əlavə xal da toplayıb desək, yanılmarıq. Nəticədə Rayman həm yarışın çempionu adına layıq görülüb, həm də oktyabrın 12-də Parisdə keçiriləcək dünya üzrə finalda Azərbaycanı təmsil etmək şansını əldə edib.

Xəbər lenti
0