CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kişinin papağı başında olar" – Bakının əfsanəvi "aerodrom"larını tikən papaqçı

Abunə olmaq
Vaqif Bağırov artıq 25 ildir papaq tikməklə məşğuldur. 28 May küçəsində 23 nömrəli məktəblə üzbəüz yerləşən emalatxanası haqda eşitməyən qalmayıb desək, yanılmarıq. Sputnik Azərbaycan isə onun əfsanəvi emalatxanasına baş çəkmək qərarına gəlib. Daha ətraflı videomuzda.

25 il ərzində hər gün Vaqif və Tatyana Bağırovlar 28 May küçəsində yerləşən kiçik emalatxanalarına gəlir, günlərini işləməklə keçirirlər. Vaqif bəy papaq, Tatyana xanım isə xəz kürklər və digər üst paltarlarını tikir. Emalatxananın kiçik olmasına baxmayaraq, orada hər zövqə və mövsümə uyğun papaq tapmaq mümkündür. 

“25 ildir burada çalışıram. Əvvəlki kimi gəlirli olmasa da, hər gün yenə də işə gəlirəm. Evdə otura bilmirəm. Burada isə başım qarışır, insanlarla ünsiyyətdə oluram, sevdiyim işlə məşğul oluram”, - deyə Vaqif bəy bizimlə bölüşür.

Müxtəlif biçimlər, müxtəlif parçalar... Amma hər kəsin daha çox maraqlandığı papaq, təbii ki, bir vaxtlar Bakının əfsanəsi olan “aerodrom”lardır.

Tatyana xanım deyir ki, cavanları bu cür milli papaqlar maraqlandırmır. İndi onları daha çox suvenir kimi əldə edirlər. Halbuki bir vaxtlar papaqsız kişi təsəvvür etmək qeyri-mümkün idi. Turistlər də tez-tez emalatxanaya baş çəkir və papaq alırlar.

Xəbər lenti
0