04:20 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

29 yaşlı Nəzrin Musayeva rəsm əsərlərini boya ilə deyil, hər kəsin tullantı hesab etdiyi plastik paketlərdən yaradır. Onun buna necə nail olduğunu Sputnik Azərbaycan-ın videosunda izləyin.

Nəzrinin bu ideyası “From Waste to Art” (Tullantıdan İncəsənətə) layihəsində iştirak etməyə dəvət aldıqdan sonra yaranıb. Bu layihəyə qatılacaq rəssamların qabağında duran əsas vəzifə hər kəsin tullantı hesab etdiyi materiallardan gözəl rəsm əsərləri yaratmaq olub.

Nəzrin təbiəti və heyvanları çox sevdiyi üçün dənizin tullantılarla çirkləndirilməsi, orada yaşayan heyvanların kökünün kəsilməsi onu narahat edən məsələlərdəndir. Buna görə də o, rəsmləri üçün “xammal” kimi plastik paketlərdən istifadə etmək qərarına gəlib. İlk işini də məhz “İkinci həyat” adlandırıb.

Getdikcə əsərlərini daha irimiqyaslı edən və qəlizləşdirən dizaynerin ən böyük çətinliyi ona lazım olan rəngdə plastik paketlər yığmaq olub, çünki onun rəsmlərinə boyalı fırça bircə dəfə belə dəyməyib. Ən xırda detallar, kölgə effektləri – bunların hamısı müxtəlif rəngli paketlərlə yaradılıb.

İlk öncə gördüyü hər yerdə paketləri yığan rəssam, getdikcə bütün tanışlarının, hətta internetdə onun işlərini görən tanımadığı insanların belə ona bu işdə kömək etdiyini deyib.

Nəfis qoxulu incəsənət: Sputnikin loqosu qəhvədən çəkildi>>

“Bir dəfə yarmarkaya getmişdim. Orada zibil qutusunda mənə lazım olan boz rəngdə parıltılı paket gördüm və dərhal götürdüm. Hər kəs mənə maraqla baxırdı ki, görəsən bu qız zibil paketlərini nəyə görə yığır? Sağ olsunlar, oradakı satıcı oğlan daha sonra mənə bütün paketlərini yığıb verdi.”

Hal-hazırda Nəzrin növbəti işini planlaşdırır və artıq paketləri yığmağa başlayıb. Belə ki, rəssam işlərin ərsəyə gəlməsinə 3-4 ay sərf edirsə, daha 3-4 ayı da yalnız paketlərinin yığılmasına gedir. O, rəsmlərdən başqa, həm foto həm də video layihələrlə məşğul olur. Amma bircə aspekt heç vaxt dəyişmir. Onun imzası olan hər iş təbiətin qorunmasına və ekoloji problemlərə həsr olunur.

Digər videolar

  • “Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU
    Last update: 16:58 01.04.2020
    16:58 01.04.2020

    “Təcriddən sonra edəcəyim ilk iş”: Bakı əhli ən çox nə üçün darıxıb – SORĞU

    Hal-hazırda hamımız televizor qarşısında əyləşib hər gün yoluxanların sayını izləyirik. Biz isə təcrid müddəti bitdikdən sonra sakinlərimizin görəcəyi ilk iş haqqında maraqlanmaq qərarına gəldik.

    514
  • Qadın sığınacağı könüllü olaraq maska tikir və ehtiyacı olanlara paylayır
    Last update: 11:09 01.04.2020
    11:09 01.04.2020

    Burada maska pulsuzdur. İnsanlıq da...

    Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi tamamilə könüllü olaraq özləri maska tikir və ehtiyacı olanlara paylayır. Onların bunu necə etdiyini isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

    67
  • Bomboş Bakı küçələri: Əhali xüsusi karantin rejimində - Video
    Last update: 12:29 31.03.2020
    12:29 31.03.2020

    Bomboş Bakı küçələri: Əhali xüsusi karantin rejimində - Video

    Koronavirusla mübarizə tədbirləri çərçivəsində qəbul edilmiş xüsusi karantin rejiminə görə Bakı tamamilə təcrid edilib. Şəhərin mərkəzi küçələri və parklarının necə göründüyünü videomuzda izləyin.

    65
  • Bakıda küçələr necə yuyulur – VİDEO
    Last update: 11:42 30.03.2020
    11:42 30.03.2020

    Bakıda küçələr necə yuyulur – VİDEO

    “COVID-19” virusunun yayılmasının qarşısını almaq üçün dövlət dezinfeksiya tədbirlərini hər gün daha da gücləndirilir. Bakı küçələrinin necə yuyulduğunu videomuzda izləyin.

    37

Əsas mövzular