CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Pozitiv enerji məkanı” – Bakının ilk pişik kafesi necə görünür

Abunə olmaq
Bakıda qeyri-adi kafe açılıb. Nə üçün qeyri-adi? Çünki burada qonaqları ofisiantlar deyil, pişiklər qarşılayır. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.

“Soulmate” (ruh əkizi) kafesinin sahibi Əkbər Adıgözəlov evdə pişik saxlaya bilmədiyi üçün həm heyvanlara qarşı sevgisini, həm də biznes açmaq arzusunu bir araya gətirib.

Hal-hazırda kafedə 6 pişik var. Onları öncə baytar yanına aparılır, bütün peyvəndləri vurulur. Pişiklərin hətta öz otaqları belə var.

“Kafemizi daha çox qadınlar və cütlüklər sevir. Onlar buraya müsbət enerji almağa və stress atmağa gəlirlər” - deyə Əkbər bildirib.

Həm qarnın tox, həm ruhun şad olacağı bir yer alınıb. Əsas qayda pişikləri oyatmamaq, onları qovmamaq və onlara qarşı mehriban olmaqdır.

Xəbər lenti
0