09:32 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Sputnik Azərbaycan-ın Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən “dəyirmi masa”da qadınların radikal dini cərəyanların təsiri altına düşməsi səbəbləri və ondan qorunma vasitələri müzakirə olunub.

“Qadın Liderliyi Uğrunda” ictimai birliyinin təşkil etdiyi müzakirədə "Böyük Quruluş" Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Suad Mahmudov, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və teoloq Hacı Adil Hüseynoğlu kimi mütəxəssislər iştirak ediblər.

Həqiqətən də, ölkəmizdə qadınlar radikal cərəyanların təsirinə qarşı daha həssasdırlar. Tədbirdə iştirak edən ekspertlərdən hər biri bunun ilk səbəbinin cəmiyyətin qadınların təhsil almalarına laqeyd yanaşması olduğunu qeyd edib.

Çıxış edənlərin müxtəlif sahələri təmsil etmələrinə baxmayaraq, ortaq məxrəcə gəldikləri daha bir mövzu da qadınlara daha çox azadlıqların verilməsi və ictimaiyyətin bu mövzuda daha çox və düzgün bucaq altında maarifləndirilməsi olub.

Ekspertlərimizin şəxsi təcrübəsini və rəylərini videomuzda izləyin.

Qeyd edək ki, tədbir çərçivəsində ictimai birliyin bu mövzuda elan etdiyi inşa və rəsm müsabiqəsinin qalibləri təltif olunub.

Digər videolar

Əsas mövzular