17:17 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
© Sputnik / Rahim Zakiroghlu

Astaranın Siyəkü İnzibati ərazisində bir həftədir ki, “May balının” süzümünə başlayıblar. Balın necə yığıldığını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Astaranın əksər dağlıq kəndləri arıçılıqla məşğul olur. Siyəkü İnzibatı ərazisinin sakinləri üçün isə arıçılıq məhsulları əsas gəlir mənbəyidir. Bu həftədən etibarən Astara arıçıları “May balı”nın süzümünə başlayıblar.

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, bu il məhsuldarlıq keçən ilkinə nisbətən daha aşağıdır. Keçən il hər arı ailəsindən 30 kiloqrama qədər bal yığıldığı halda, bu ilin gözləntiləri 10-12 kiloqramdır. Buna baxmayaraq, sədr məhsuldarlığın nisbətən aşağı düşməsinin balın satış qiymətinə təsir etməyəcəyini deyib.

Min bir dərdin dərmanı: Bakıda arıçılıq məhsulları sərgisi keçirilir>>

Həm məhsuldarlığın aşağı düşməsinin, həm də “May balı”nın belə gec yığılmasının əsas “günahkarı” isə havaların yağışmı keçməsi olub.

Digər videolar

Əsas mövzular