CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən uzunmüddətli caz orkestrindən yay sədaları

Abunə olmaq
“Baku Summer Jazz Days” festivalı çərçivəsində Oleq Lundstrem adına əfsanəvi caz orkestri Bakı Dənizkənarı Milli Parkda konsert verib. Axşamın ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Sayca üçüncü “Baku Summer Jazz Days” festivalı artıq bir həftədir Bakının müxtəlif meydanlarında bir-birindən maraqlı konsertlərlə caz pərəstişkarlarını sevindirir. Ötən axşam isə Oleq Lundstrem adına Rusiyanın caz orkestri çıxış edib. 

Azərbaycan və Kubanın caz ritmləri jAzzeri Bands konsertində birləşib >>

Qeyd edək ki, bu il orkestr 85 illiyini qeyd edir. Dövlət kamera caz orkestrinin digər maraqlı tərəfi odur ki, o, ən uzunmüddətli caz kollektivi kimi “Ginnes Rekordlar Kitabı”na düşüb. Orkestrin bədii rəhbəri dirijor, bəstəkar və Rusiyanın xalq artisti Boris Fumkindir. O, artıq 12 ildir qrupa başçılıq edir.

Xəbər lenti
0