CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Böyük Britaniya hərbçiləri Bakıda musiqi məharətlərini göstərdilər

Abunə olmaq
Ötən axşam bakılılar Fəvvarələr meydanında açıq səma altında Azərbaycan və Böyük Britaniyanın hərbi orkestrlərinin ifalarını dinləmək imkanını əldə ediblər. Nümunəvi çıxışın necə keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bakının mərkəzində Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin birgə nümunəvi çıxışı baş tutub.

Şəhər sakinləri konserti böyük maraqla qarşılayıb, ifa edilən vətənpərvərlik marşları, dünya bəstəkarlarının müasir və klassik musiqi parçalarını telefonlarına çəkib, orkestrin konsertini sona qədər sevə-sevə izləyiblər.

Əlahiddə Nümunəvi Hərbi Orkestrindən “Qələbə Günü”>>

Xəbər lenti
0