CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Anam icazə vermir!”: Uşaqlar tanımadıqları şəxsə nə deyirlər? – SOSİAL EKSPERİMENT

Abunə olmaq
Hər valideyn üçün ən önəmli məsələ övladının təhlükəsizliyidir. Uşaqlarımıza dönə-dönə tanımadıqları şəxslərlə danışmamağı, onlardan heç nəyi qəbul etməməyi tapşırırıq. Görəsən, uşaqlar bu nəsihətdən dərs alıblarmı? Sputnik Azərbaycan məhz bu mövzuda sosial eksperiment keçirtmək qərarına gəlib. Daha ətraflı videomuzda izləyin.

Sosial eksperiment aparmazdan öncə hər bir uşağın valideyninə yaxınlaşıb, onlardan uşaqlarıyla söhbət etməyə icazə istədik. Xoş haldır ki, müraciət etdiyimiz anaların çoxu eksperimenti maraqla qarşıladı və özləri üçün nəticə çıxarmaq istədi.

Təəssüf ki, bu mövzuda nə qədər nəsihət verməyimizdən asılı olmayaraq, şokolad təklif edib bizimlə getməyini istədiyimiz uşaqların çoxu asanlıqla razılaşdı. Yalnız iki uşaq anasının nəsihətini yaddan çıxarmamışdı və şokoladı tanımadıqları “xaladan” almaq istəmədi. Elə uşaqlar da var idi ki, təhlükəni dərhal deyil, bir az sonra hiss etməyə başladı. Amma təəssüf ki, real vəziyyətdə bu reaksiya çox vaxt işə yaramır.

Təcrübəmizin məqsədi olduqca sadədir. Biz bu cür dəhşətlərin bizim başımıza gələ biləcəyinə inanmaq istəmirik. Uşaqlarımızdan ictimai yerlərdə qışqırmamağı, özlərindən böyüklərin sözünə qulaq asmağı tələb edirik. Halbuki, bu cür vəziyyətdə onların ilk reaksiyası bərkdən qışqırmaq və tanımadıqları şəxsdən mümkün qədər uzaqlaşmaq olmalıdır.

Biz izə bir daha bu mühüm məsələnin aktuallığını vurğulamaq istədik. Bütün balacaların həmişə təhlükəsiz və sağlam olmasını arzulayırıq!

Xəbər lenti
0