00:43 21 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Dəb həvəskarları üçün daha bir yenilik! Paytaxtda “Baku Fashion Expo 2019” layihəsinin ilk mövsümü baş tutub. Birinci mövsümdə İtaliyanın ən tanınmış brendlərindən olan “Gianni Versace” markasının libasları sərgilənib. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Bakı Fashion Expo 2019” dəb layihəsinin ilk mövsümü məşhur italyan dizayner “Gianni Versace”yə həsr olunub. Markanın xüsusi kolleksioneri olan Aleksandr Stefani o dövrə məxsus özəl libasları Bakıda sərgiləyib. Eksponun təşkilatçısı Aysel Hüseynova qeyd edib ki, Stefani öz ekspozisiyasını hər ölkədə nümayiş etdirməyə razı olmur. 

Təşkilatçının sözlərinə görə, bu layihənin əsas məqsədi "Made in Azerbaijan" brendini təşviq etmək və dünya ictimaiyyəti arasında Azərbaycana aid dizaynerlərə marağı artırmaqdır. Bu baxımdan, Bakı dəb səvərləri həm dünya şöhrətli italyan brendinin retrospektivi ilə tanış olub, həm də yerli kolleksioner Natavan Əliyevaya aid olan Azərbaycan milli kostyumlarının muzey kolleksiyasından həzz ala biliblər. 

Beynəlxalq Muğam Mərkəzində keçirilən nümayişin ən maraqlı cəhətlərindən biri də o olub ki, modellər yalnız podiuma deyil, auditoriyaya da çıxıblar. Bu isə o deməkdir ki, dəb əhli hər eksponatı yaxından izləmək imkanı əldə edib. 

Qeyd edək ki, “Baku Fashion Expo 2019” Azərbaycan Moda Dizaynerləri Assosiasiya tərəfindən təşkil edilib. Sputnik Azərbaycan dəb eksposunun informasiya tərəfdaşıdır.

Digər videolar

Əsas mövzular