CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Britaniya kraliçası Bakı küçələrində nə gəzir?

Abunə olmaq
Bakıda UEFA Avropa Liqasının final matçına həsr edilmiş bayram həftəsi başlayıb. Bu gün Bakı küçələrində tanınmış sima və personajların oxşarları yürüş keçiriblər. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bakı küçələrində UEFA Avropa Liqasının final matçına həsr olunmuş rəngarəng parad keçirilir. Bu paradda kimi istəsəniz tapmaq olar – İngiltərə kraliçası II Yelizaveta, “Bitlz” qrupunun üzvləri, Çarli Çaplin, Freddi Merküri, Harri Potter filminin qəhrəmanları və daha kimlər, kimlər...

Onlarla şəkil çəkdirmək istəyən kim, həmsöhbət olmaq istəyən kim, hətta onlara toxunmağı belə arzu edənlər kim. Deyə bilərik ki, bu cür parad Bakı əhlinin ürəyincə olub. Bu paradlar hər gün mayın 29-una qədər davam edəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu iki İngiltərə klubu “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionunda 29 may tarixində keçiriləcək.

Xəbər lenti
0