Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Hümbətov: “Azərbaycan MDB məkanında bir nömrəli donor ölkəsinə çevrilib”

Abunə olmaq
Gələn il Azərbaycan Qızıl Aypara Cəmiyyəti yüz illiyini qeyd edəcək. Bu gün isə cəmiyyətin şöbə müdiri Seymur Hümbətov qocaman humanitar təşkilatın bu vaxta qədər Azərbaycanda gördüyü işlər haqqına danışıb.

Bütün dünyada 8 May “Beynəlxalq Qırmızı Xaç və Qızıl Ay Hərəkatı” günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və gələcək planlarına həsr edilmiş konfrans keçirilib. Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətovun dediyinə görə, ölkə üzrə təşkilatın 85 rayon bölgəsi və 8 regional mərkəzi fəaliyyət göstərir. Bundan başqa, cəmiyyətdə 2000 gənc könüllü olaraq çalışır.

Hümbətov bildirib ki, Qızıl Aypara əhalimiz arasında çox vaxt yalnız humanitar cəmiyyət kimi qəbul edilir. Halbuki cəmiyyət yalnız humanitar yardım sahəsində yox, digər istiqamətlərdə də fəaliyyət göstərir. Buraya fövqəladə hallara hazırlıq, icmalarda iş, itirilmiş ailə əlaqələrinin bərpa edilməsi və s. sahələr aiddir.

Qeyd edək ki, Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci ili martın 10-da Əliağa Şıxlinski və Fətəli Xan Xoyski tərəfindən təsis edilib.

Xəbər lenti
0