CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Hansı seriallara baxırsınız?” Bakı sakinləri cavab verir... ya da vermir

Abunə olmaq
Son zamanlar seriala baxmayan adama rast gəlmək olduqca qəlizləşir. Amma, deyəsən, Bakı sakinləri bu cəhətdən olduqca unikaldır. Nəyə görə? Sputnik Azərbaycan-ın videosunda izləyin.

Son zamanlar “Game of Thrones” (Taxt-tac oyunları) dünyaya haray salıb. Baxanlar və baxmayanlar tayfaları yaranıb. Son mövsümün bölümləri isə sosial şəbəkələrdə o qədər tez-tez müzakirə olunur ki, baxmayanlar belə, söhbətin nədən getdiyini artıq bilirlər.

Biz də Bakı sakinlərinin hansı seriallara baxdıqlarını öyrənmək qərarına gəldik. Türk seriallarının əhalimiz arasında daha məşhur olduğu fikriylə sorğuya yola düşdük. Gördüyümüz mənzərə isə bir az fərqli alındı. Sən demə, sakinlərimizin seriallara baxmağa heç vaxtı və ya marağı yox imiş. Bax belə!

Qeyd edək ki, “Game of Thrones” ABŞ istehsalı olan fentezi və dram janrında serialdır. 2011-ci ildə başladığı vaxtdan böyük marağa səbəb olub və Corc R.R. Martinin “Buz və Alovun Nəğməsi” əsərinin motivləri əsasında çəkilib.

Xəbər lenti
0