CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğal altında olan rayonumuzun irsi necə qorunur

Abunə olmaq
Sputnik Azərbaycan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan Tarix-diyarşünaslıq muzeyinin eksponatları ilə tanış olub. Daha ətraflı videomuzda.

Hal-hazırda 760 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcikdə Zəngilan rayon Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Muzeyin maraqlı tərəfi ondan ibarətdir ki, orada Zəngilan rayon sakinlərinin təqdim etdiyi tarixi əşyalar saxlanılır.

Xatırladaq ki, Zəngilan rayonu 1993-cü ildə zəbt edilib. Rayonun işğal edildiyi gün 188 yerli sakin şəhid olub, 44 nəfər itkin düşüb, 110 nəfər şikəst olub, 200-ə yaxın uşaq isə yetim qalıb.

Zəngilan rayonu Tarix-diyarşünaslıq muzeyi hələ 1980-ci ildə rəsmi olaraq fəaliyyət göstərməyə başlayıb. 2013-cü ildə isə muzey yenidən işinə davam edib və ekspozisiyanı çoxaldıb. Burada sərgilənən eksponatlar arasında zəngilanlıların gündəlik həyatını əks etdirən əşyalar - bıçaq və qılınclar, tüfənglər, köhnə pul və sikkələr, qədimi xalçalar nümayiş olunur.

Xəbər lenti
0