CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bakıya gəlməyim taleyin işidir” və ya tacikistanlı modelyerin düşbərə əhvalatı

Abunə olmaq
Azərbaycan Dəb Həftəsində ilk dəfə təmsil olunan dizaynerlərdən biri tacikistanlı modelyer Alan Valovikisin xalası bakılı imiş. Onun Bakı haqqında, xüsusilə də bizim “düşbərə” məharətimiz haqqında fikirlərini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Alan Valovikis uşaqlıqdan Bakı haqqında xatirələrə qulaq asaraq böyüyüb. Çünki onun xalası uzun müddət məhz günəşli paytaxtımızda yaşayıb.

Dəb həftəsinin görünməyən tərəfi: səhnə arxasındakı qızğın hazırlıqlar  - Sputnik Azərbaycan
VİDEO
Dəb həftəsinin görünməyən tərəfi: səhnə arxasındakı qızğın hazırlıqlar

Bu il Tacikistanı təmsil edən dizaynerlərdən biri olmasını da gənc modelyer taleyin işi adlandırır: “Mənə tikiş tikməyi də xalam öyrədib. Və tale elə gətirdi ki, mən modelyer olmaq qərarına gəldim. Və budur, artıq ölkəmi sizin Dəb Həftənizdə təmsil edirəm”.

Bakıya gələn kimi ilk işi uşaqlıqdan haqqında eşitdiyi yerlərə baş çəkmək olub. Amma onun əsas missiyası isə düşbərəmizin dadına baxmaq imiş. O, düşünürmüş ki, doğrudanmı bir xörək qaşığında 12 düşbərə yerləşə bilər? Modelyer tənbəllik eləməyib, bunu özü yoxlamaq qərarına gəlib.

Yoxlamanın nəticəsinin necə olduğu ilə maraqlanırsınızsa, videomuzu sona qədər izləyin.

Xəbər lenti
0