22:06 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Azərbaycan Dəb Həftəsində ilk dəfə təmsil olunan dizaynerlərdən biri tacikistanlı modelyer Alan Valovikisin xalası bakılı imiş. Onun Bakı haqqında, xüsusilə də bizim “düşbərə” məharətimiz haqqında fikirlərini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Alan Valovikis uşaqlıqdan Bakı haqqında xatirələrə qulaq asaraq böyüyüb. Çünki onun xalası uzun müddət məhz günəşli paytaxtımızda yaşayıb.

Bu il Tacikistanı təmsil edən dizaynerlərdən biri olmasını da gənc modelyer taleyin işi adlandırır: “Mənə tikiş tikməyi də xalam öyrədib. Və tale elə gətirdi ki, mən modelyer olmaq qərarına gəldim. Və budur, artıq ölkəmi sizin Dəb Həftənizdə təmsil edirəm”.

Bakıya gələn kimi ilk işi uşaqlıqdan haqqında eşitdiyi yerlərə baş çəkmək olub. Amma onun əsas missiyası isə düşbərəmizin dadına baxmaq imiş. O, düşünürmüş ki, doğrudanmı bir xörək qaşığında 12 düşbərə yerləşə bilər? Modelyer tənbəllik eləməyib, bunu özü yoxlamaq qərarına gəlib.

Yoxlamanın nəticəsinin necə olduğu ilə maraqlanırsınızsa, videomuzu sona qədər izləyin.

Digər videolar

  • Əmək mühacirləri Moskvada yanğın zamanı insanları necə xilas edib
    Last update: 18:25 10.04.2020
    18:25 10.04.2020

    Əmək mühacirləri Moskvada yanğın zamanı insanları necə xilas edib

    Moskvanın qərbində yerləşən yaşlılar üçün özəl pansionatda baş verən yanğın zamanı on altı şəxs xəsarət alıb, dördü həyatını itirib. Yanğın aprelin 8-də axşamçağı başlayıb.

    7
  • Yardım əlini uzadaq: Bu cür şəraitdə onların bizə daha çox ehtiyacı var
    Last update: 15:59 10.04.2020
    15:59 10.04.2020

    Yardım əlini uzadaq: Bu cür şəraitdə onların bizə daha çox ehtiyacı var

    Koronavirusdan ən çox əziyyət çəkən şəxslər məhz bölgələrimizdə yaşayan tənha yaşlılardır. Sputnik Azərbaycan-ın əməkdaşı Siyəzənin Böyük Həmyə kəndində yaşayan əlil və yaşlı xanıma baş çəkib, ona ərzaqla yardım edib. Daha ətraflı videomuzda izləyin.

    61
  • Əsl DOST: Karantin rejimində yaşlılara necə kömək edilir
    Last update: 12:13 09.04.2020
    12:13 09.04.2020

    Əsl DOST: Karantin rejimində yaşlılara necə kömək edilir

    Yaşı 65-dən yuxarı olan şəxslərin evdən bayıra çıxa bilmədiklərinə görə, onların gündəlik tələbatları DOST agentliyi tərəfindən ödənilir. Bunun necə baş verdiyini isə videomuzda izləyin.

    48
  • Qədim Qəbələ Qalası Sputnik Azərbaycan-ın obyektivində
    Last update: 16:24 08.04.2020
    16:24 08.04.2020

    Qədim Qəbələ Qalası Sputnik Azərbaycan-ın obyektivində

    Çuxur Qəbələ kəndinin yaxınlığında yarımdağılmış vəziyyətdə olan, amma hələ də əzəmətli görünüşünü saxlamış qədim Qəbələ Qalası ucalır. Ona bir də Sputnik Azərbaycan-ın obyektivindən baxmağa dəvət edirik. Daha ətraflı videomuzda.

    21

Əsas mövzular