Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda Formula 1 həyəcanı və ya qonaqlar öz vaxtlarını necə keçirirlər

Abunə olmaq
Artıq dördüncü ildir ki, avtoidman həvəskarları Bakıda "Formula-1" yarışlarını izləmək üçün paytaxtımıza gəlirlər. Hər il olduğu kimi, bu dəfə də yarış proqramına yalnız yürüşlər yox, müxtəlif əyləncələr də daxil edilib. Qonaqların öz vaxtlarını necə keçirdiklərini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bu dəfə də paytaxt qonaqlarını günəşli hava, artıq Azərbaycanın "vizit kartına" çevrilmiş qonaqpərvərliyi və təbii ki, dadlı mətbəxi ilə qarşıladı. Yarışları izləməyə gələnlər trassa üzrə Bakı dənizkənarı parkında yerləşmiş müxtəlif əyləncə proqramlarından da yararlana bilərlər. Burada onlar özlərini əsl pit-stop texnikləri kimi hiss edə, gözəl musiqiyə qulaq asa, ilin ilk əsl bahar günəşindən həzz ala bilərlər.

Qeyd edək ki, bu axşam Formula-1 sevərləri britaniyalı ulduz Cessi Ceyin (Jessie J) konserti də gözləyir.

Xəbər lenti
0