Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Böyük münasibətlər kiçiklər üzərində qurulur” – Azərbaycan-İsrail əlaqələri haqqında

Abunə olmaq
İsraildə aprelin 9-da keçirilən parlament seçkilərində Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası qalib gəlib.

Seçki sonrası Azərbaycan-İsrail münasibətlərində baş verə biləcək dəyişikliklər, bu seçkilərin əlaqələrə nə cür təsir göstərə biləcəyi Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu gün keçirilmiş “Cənubi Qafqaz” politoloqlar klubunun 60-cı iclasında müzakirə olunub.

Dəyirmi masada israilli politoloq Yuri Boçarov, politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəsi Vahid Bayramov, politoloq və publisist Sahil İsgəndər və Bakı politoloqlar klubunun rəhbəri Zaur Məmmədov iştirak edib. Politoloq İlqar Vəlizadə görüşün moderatoru qismində çıxış edib.

Mütəxəssislər yekdilliklə razılığa gəliblər ki, bu seçkilər iki ölkə arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə bilməz, əksinə, hər iki tərəf münasibətlərin daha sıxlaşmasını və keyfiyyətcə daha böyük müstəviyə çıxmasını gözləyir.

Xəbər lenti
0