Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qax sakini öz icadlarıyla kənd işlərini necə asanlaşdırdı

Abunə olmaq
Fındıq sındıran, taxıl üyüdən, 2 ton yük daşımaq qabiliyyətinə malik motosiklet... Bütün bu icadların altında Qax rayonu Əmbərçay kənd sakini Hüseyn Hədisovun imzası durur. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyin.

Hüseyn Hədisov üçün yararsız dəmir parçası deyilən məfhum mövcud deyil. O, artıq çoxdan onlara ikinci həyat bəxş etməyi öyrənib. Kənd həyatında gündəlik ağır işləri asanlaşdırmaq üçün özü yeni texnika icad edir və təkmilləşdirir.

Qazax sakini bazara “təmiz” cücə təklif edir  - Sputnik Azərbaycan
VİDEO
Qazax sakini bazara “təmiz” cücə təklif edir

Bu alətlərdən biri fındıq sındırandır. “Onun üçün pul xərcləməmişəm. Yarasız dəmir parçalarından hazırlanıb. Hal-hazırda onunla qoz sındırmaq olmur. Amma gələcəkdə onu daha da təkmilləşdirmək və mühərrik qoşmağı düşünürəm” – deyə həmsöhbətimiz bildirib.

Digər icad taxıl üyüdən aparatdır. 400 manat xərci olan bu icad kəndlilərin işini olduqca asanlaşdırıb. Əvvəlcə dəyirmana müraciət etməli olduqları halda, bu alət həm onların vaxtına qənaət edir, həm də itki azalır.

Hüseyn Hədisovun bölgə müxbirimizə göstərdiyi ən son icad izə 2 ton daşıya bilmə qabiliyyətinə malik motosikletdir. İstifadəyə yararsız motosikletdən qurulan bu yeni təkmilləşmiş modeli hazırlayarkən qəhrəmanımız 5 yararsız texnikanın ehtiyat hissələrindən istifadə edib.

Xəbər lenti
0