19:26 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / L.Orucova

Rəssam Məlahət Şamilova gündəlik həyatda istifadə etdiyimiz adi şüşə qabları əsl incəsənət əsərinə çevirməyin sirrini çox yaxşı bilir. Buna necə nail olduğunu isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Əvvəllər hobbi kimi məşğul olmağa başladığı şüşə üzərində rəsm Məlahət Şamilova üçün artıq əsas işə çevrilib. İndi isə o, həm özü rəssamlıqla məşğul olur, həm də tələbə qəbul edir.

Qəhrəmanımız deyir ki, rəsm qabiliyyəti olmayan insanlar belə, bununla məşğul ola bilərlər. Belə ki, istədiyimiz şəkli trafaret üzərində çap edirik, qabın altına yerləşdiririk və rəsmimizi qab üzərinə ötürməyə başlayırıq. Bu rəsmlər akril boyalarla çəkilir.

Şamilova deyir ki, bu incəsənət növü depressiyadan əzab çəkənlər üçün terapiya ola bilər. Həm də əla meditasiya növü olaraq, insanda təmkin və sakitlik kimi cəhətlər tərbiyə edə bilər.

Ən əsası isə bu qablardan gündəlik həyatda da istifadə etmək olar. “Məsələn, bu gün naxış vurduğum qabı yumaq olar, rənglər getməyəcək. Amma gərək qablar əl ilə yuyulsun və mikrodalğalı sobada istifadə olunmasın”.

Digər videolar

Əsas mövzular