CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Abunə olmaq
Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. İştirakçımızın ifasını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Xanım Əhmədiyeva “Ay qaşı gözü qara qız” xalq mahnısını ifa etməklə jüri üzvlərinin və izləyicilərin ürəklərini dərhal fəth etsə də, təəssüf ki, ifaçımız müsabiqənin növbəti mərhələsinə keçə bilməyib.

Xanım Əhmədiyeva “Sən supersən!” layihəsində: tale belə gətirdi  - Sputnik Azərbaycan
VİDEO
Xanım Əhmədiyeva “Sən supersən!” layihəsində: tale belə gətirdi

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edir.

Xəbər lenti
0