16:16 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Artıq ikinci ildir Sputnik Azərbaycan #SəxavətliNovruz aksiyasını keçirir. Budəfəki hədəfimiz Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin (Qocalar evi) sakinlərini sevindirmək olub.

Aksiyanın məqsədi Novruz bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət göstərmək, onları yad etməkdir. Hazırda “Qocalar evi”nin 221 sakini var və onların çoxu 80 yaşdan yuxarı olan insanlardır.

Sputnik Azərbaycan bir aydan da az müddətdə onlar üçün geyim, ayaqqabı, şirniyyat, dərman kimi müxtəlif hədiyyələr toplayıb və aksiya zamanı onlara təqdim edib.

Hədiyyələrin toplanmasında bizə qoşulan bütün oxucularımıza, aksiyada iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.

Digər videolar

Əsas mövzular