CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Fala inanma, faldan da qalma” – Novruz fallarına necə baxmalı

Abunə olmaq
Xalqımızın Novruzla bağlı sevdiyi adətlərdən biri də İlaxır çərşənbə subay qızların baxdıqları fallardır. Sputnik Azərbaycan isə bu falları sizin üçün nümayiş etdirmək qərarına gəlib.

Əsrlər boyu subay qızlar Novruz qabağı son çərşənbədə bayram falına baxmaq üçün fal ətrafında yığışıblar. İstəklər isə həmişə eyni olub. “Görəsən, nə vaxt ərə gedəcəyəm?”, “Görəsən, bu il arzum çin olacaqmı?”

Birinci fal hər kəsin yaxşı tanıdığı şam falıdır. Kasaya su doldururuq, şamı yandırırıq və subay qızımızın yaşı qədər su üzərinə şam damcıladırıq. İnanclara görə, subay qızımızın gələcək nişanlısının adı suyun üzərində ərimiş şam damcılarının formalaşdığı hərf ilə başlayacaq.

Daha çox baxılan digər fal da üzük falıdır. Subay qızın telinə bəxt üzüyü salınır və su ilə dolu stəkan üzərində tutulur. Üzük neçə dəfə stəkanın divarlarına dəyərsə, qızımız da o yaşda ərə gedəcək.

Son nümayiş etdiyimiz fal isə kibrit çöpü falıdır. Ürəyimizdə arzu tuturuq və kibrit çöplərini xeyir və şər olaraq ayırırıq. Xeyir çıxacaqsa, arzu çin olur, əks halda isə bu arzu bu il həyata keçmir.

Fallarımız doğru çıxsa da, çıxmasa da,  atalarımızın çox gözəl məsəli var. “Fala inanma, faldan da qalma!”

Xəbər lenti
0