Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”

Abunə olmaq
Təəssüflər olsun ki, günümüzdə bir çox teatr truppalarının əsas dərdi maraqlı və keyfiyyətli tamaşalar sərgiləmək deyil, məhz tamaşaçı uğrunda mübarizə aparmaqdır.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masanın əsas mövzusu da elə bu olub. Müzakirədə "Mədəniyyət və Zaman" Maarifləndirmə İctimai Birliyinin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan, Əməkdar artist Natiq Fərzəliyev və jurnalist, teatrşünas Səbuhi Rəhimli iştirak edib.

“Obraz varsa, teatr var” – Bakı Uşaq Teatrının fəaliyyəti müzakirə olunub  - Sputnik Azərbaycan
VİDEO
“Obraz varsa, teatr var” – Bakı Uşaq Teatrının fəaliyyəti müzakirə olunub

Qonaqlarımız teatrın inkişafı uğrunda görülən tədbirlərdən və tamaşaçıların nəyə görə ciddi tamaşalar deyil, daha çox komediya janrını seçməsinin səbəblərindən söz açıblar.

Azərbaycan teatrı böyük və şərəfli yol keçib. Teatrın mədəniyyətimizə verdiyi töhfəni bir daha alqışlamaq və qiymətləndirmək üçün Prezident İlham Əliyev 1 mart 2013-cü il tarixində mart ayının 10-u Milli Teatr Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa, bu il martın 4-də Prezidentin teatrla bağlı imzaladığı başqa bir sərəncama əsasən, Azərbaycan teatrlarını inkişafı ilə bağlı bir sıra əlavə tədbirlər də görüləcək.

Xəbər lenti
0