CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Səsimi uşaq evində kəşf etdilər” – “Sən supersən!”in azərbaycanlı iştirakçısı

Abunə olmaq
Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evinin sakini 14 yaşlı Xanım Əhmədiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib.

Sputnik Azərbaycan-ın layihə iştirakçısı ilə olan videosunu izləyin.

Sən supersən!n iki mövsümünün iştirakçıları Sputnik Azərbaycan-da görüşüblər - Sputnik Azərbaycan
VİDEO
"Sən supersən!"in iki mövsümünün iştirakçıları Sputnik Azərbaycan-da görüşüblər

“Sən Supersən!” beynəlxalq vokal müsabiqəsinin növbəti mərhələsində Azərbaycanı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaqlar evinin sakini Xanım Əhmədiyeva təmsil edib. Xanım hələ uşaq yaşlarından oxumağa başlayıb, lakin onun istedadına heç kim əhəmiyyət verməyib. Uşaq evinə düşdükdən sonra isə vokal üzrə müəllimlər Xanımın istedadının fərqinə varıblar və onunla ciddi məşğul olmağa başlayıblar. İndi isə Xanım beynəlxalq vokal müsabiqəsinin iştirakçısıdır.

Qeyd edək ki, Azərbaycanı müsabiqənin ilk mövsümündə iki iştirakçı – Bakı şəhərindən Pərvanə Alcanova və Gəncə şəhərindən Xoşqədəm Mehdiyeva təmsil edib. Müsabiqənin ikinci mövsümündə isə Azərbaycanı Bakı şəhərindən Səməd Novruzov və Zaqatala rayonundan Namiq Cəbrayılov təmsil edib.

Ulduzlar “Sən supersən” müsabiqəsinin iştirakçılarına dəstək verir >>

Xəbər lenti
0