23:24 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Quba rayonunda yerləşən “Ağ məscid”-də cümhuriyyətimizin qurucularına həsr edilmiş muzey fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın bölgə müxbiri bu guşəni öz gözləri ilə görmək istəyib.

Quba rayon sakini, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi axund Hacı Elnur Əfəndi ölkəmizin azadlığı uğrunda mübarizə aparmış əcdadlarımızın şərəfinə muzey yaradıb. Bu xatirə guşəsinin məqsədi qəhrəmanlarımızın həyat mübarizəsini insanlara çatdırmaqdır. 

Həmsöhbətimiz bu işə başlamazdan əvvəl Qubanın kəndlərində həmin insanlara məxsus əşyaları toplamağa çalışıb. Hazırda əşyaların içərisində seyidlərdən, övliyalardan qalan maraqlı təsbehlər, əl işləri var.

“Burada Müsavat hökumətinin qurucularından olan İttihad Partiyasının nümayəndəsi Həmidulla Əfəndi və onun silahdaşlarının portretlərini, əşyalarını topladıq. Onların Qubada başladıqları xalq hərəkatı dövründən qalan silahları və əlyazmaları qorunub saxlanılır” – deyə Hacı Elnur Əfəndi bildirir.

Axund gələcəkdə eksponatların sayını artırmaq və böyük bir muzey yaratmaq haqqında düşünür.

Digər videolar

Əsas mövzular