05:54 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Böyüməkdə olan nəslin, xüsusi də çətin tərbiyə olan uşaqların, tərbiyəsində yaradıcı yanaşma olduqca vacibdir. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masa məhz bu mövzuya həsr edilib.

Müzakirədə Azərbaycanın əməkdar artisti İntiqam Soltan, AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri Vidadi Qafarov, Bakı Uşaq teatrının ədəbi hissə müdiri Arzu Soltan, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsi Mübariz Vəliyev və digər mütəxəssislər iştirak ediblər.

İntiqam Soltan Penitensiar xidmətinin Tərbiyə müəssisələrindən birində iş təcrübəsindən danışıb və bu layihə çərçivəsində çətin tərbiyə olunan uşaqların tərbiyəsi ilə bağlı metodik vəsaitlərə ehtiyac olduğunu anlayıb.  Onun fikrincə, dünyanın xilası mədəniyyətdən keçir və bütün cəmiyyətdə mədəniyyəti teatrla bərpa etmək olar. Məhz buna görə də, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masa çərçivəsində təcrübəsinə əsaslanaraq yazdığı “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitin də təqdimatını keçirib.

Mübariz Vəliyev məhkumlarla iş təcrübəsini bölüşüb. O qeyd edib ki, məhkumların islah edilməsində əsas məqamlardan biri onlara yaradıcı yanaşma tətbiq etməkdir. Bəzi hallarda həmin uşaqları bir müddət sonra tanımaq mümkün olmur.

Vidadi Qafarov orta məktəblərdə uşaqların teatr tərbiyəsi ilə bağlı metodik vəsaitlərin azlığını qeyd edib. Arzu Soltan isə düşünür ki, ümumiyyətlə çətin tərbiyə olunmayan insan yoxdur.

Digər videolar

Əsas mövzular