00:57 26 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8968
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

2018-ci il mühüm siyasi hadisələrlə yadda qalıb. “Cənubi Qafqaz” politoloqlar klubu bu hadisələri şərh edib və 2019-dan gözləntilərindən danışıb.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masada Fikrət Sadıxov, Arzu Nağıyev, Elxan Şahinoğlu, Zaur Məmmədov, Nadir Şəfiyev və Anastasiya Lavrina kimi tanınmış politoloqlar iştirak ediblər.

Fikrət Sadıxov Azərbaycanın dünya arenasında uğurlarından danışıb. Qeyd edib ki, Avropa İttifaqı Parlament Assambleyasının qərarında ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam olaraq tanınıb. Bunu Azərbaycanın uğuru adlandıran politoloq, bundan istifadə edərək gələcəkdə hücumçu diplomatik addımlarımızı davam etdirməli olduğumuzu qeyd edib.

Nadir Şəfiyev yaxın şərqdə cərəyan edən hadisələrdən və Türkiyənin qərblə münasibətlərindən söz açıb.

Arzu Nağıyev isə yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılmış görüşündən gözləntiləri şərh edib. Onun fikrincə, bu görüşdə heç bir nəticələr əldə olunmayacaq. O düşünür ki, 2019-cu ildə Ermənistana tam şəkildə təzyiq edilməlidir və hərbi hissələrimiz daim əməliyyat tədbirlərini həyata keçirməyə hazır olmalıdır.

Digər videolar

Əsas mövzular