Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda Milad gecəsi: Azərbaycanlı pravoslavlar müqəddəs bayramlarını qeyd edib

Abunə olmaq
Pravoslav xristianları ən əsas bayramları olan İsa Peyğəmbərin anadan olmasını qeyd ediblər. Bakıda yanvarın 6-dan 7-nə keçən gecə Jen-Mironosits kilsəsində bayram ibadəti keçirilib.

Bütün dünyada milyonlarla pravoslav xristian Milad bayramını qeyd edirlər. Beləliklə, onların 40 günlük pəhrizi tamamlanır.

Yanvarın 6-dan 7-sinə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. Ənənəvi olaraq, əsas Milad ayini isə Jen-Mironosits kilsəsində qeyd olunub. Mərasimi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Dövlət başçısı bu bayramı yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət simvolu adlandırıb.

Qeyd edək ki, Milad bayramı ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Xəbər lenti
0