Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bu il Azərbaycan Paşinyana ultimatum verə bilər

Abunə olmaq
Dünyada daha çox müzakirə olunan və hər kəsi maraqlandıran əsas məsələ təhlükəsizlikdir. Yola saldığımız 2018-ci ildə regional təhlükəsizlik məsələsində hansı dəyişikliklər olub, 2019-cu ildə Cənubi Qafqazı nə gözləyir?

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında politoloqlar məhz bu sualları cavablandırmağa çalışıblar. Müzakirədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin mütəxəssisləri Kənan Paşayev və Zeynal Əmrəliyev iştirak ediblər.

Mütəxəssislər Azərbaycanın 2019-cu ildə silah alışına davamı, sülh danışıqları prosesində irəliləyiş baş verməzsə, Azərbaycan hakimiyyətinin Paşinyana qarşı mümkün ultimatumu, Gürcüstanda keçirilən seçkilərdən sonra Azərbaycanla münasibətlərdə mümkün dəyişikliklər və digər mövzular haqqında fikirlər irəli sürüblər.

Qeyd edək ki, Tətbiqi Politologiya Mərkəzi artıq iki ildir ki, Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas işi araşdırmalar və monitorinqlər aparmaq, bölgədəki durumu incələmək, Qarabağ münaqişəsinin həllini nəzarətdə saxlamaq, danışıqlara baxmaq və araşdırmalar-təhlillər hazırlamaqdır.

Xəbər lenti
0