CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqdan atasına dəhşətli yeni il sürprizi

Abunə olmaq
Şanxay banklarının birinə əlində mindən artıq tikələnmiş kağız əsginasla dolu kisə olan maraqlı müştəri təşrif buyurub.

Sən demə, atasının başı mətbəxdə məşğul ikən uşaq evdəki nağd pulların yerini tapıb və bütün pulları cırıb.

Kişinin banka gətirdiyi kisədə 9200 yuan (2300 manata  yaxın) pul olub. Bankın meneceri dərhal bir-neçə bank işçisini məhz bu işlə məşğul olmağa yönəldib. İşçilər əsginasları pazl kimi yığmalı olublar. Və nəhayət, iki gün sonra bu işin öhdəsindən gəliblər. 

Bundan sonra pullarınızı uşaqların əlinin çata bilməyəcəyi yerə qoymağı tövsiyə edirik. Düzdür, onların fantaziyaları heç bir hüdud tanımır. Ancaq hər ehtimala qarşı tədbirli davranmaq lazımdır.

Xəbər lenti
0