CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər süfrəyə yaraşıq qatacaq yemək – Nar qovurması

Abunə olmaq
Hər bayramdan öncə bizi maraqlandıran əsas suallardan biri də bayram süfrəsinə hansı təamları təqdim etməkdir. Sputnik Azərbaycan bu məqsədlə nar qovurmasının bişirilmə qaydasını sizin üçün öyrənib.

Nar qovurmasını bişirmək üçün bizə lazım olacaq ərzaqlar:

-kərə yağı

-soğan

-quzu əti

-dənələnmiş nar

-narın suyu

-nardança (nar palçığı da deyilir)

-təmizlənmiş və bişirilmiş şabalıd

-zövqə görə duz

İlk öncə əridilmiş kərə yağı tökülür və üstünə yarı-halqa şəklində kəsilmiş soğan əlavə olunur. Zövqə görə duz qatılıb soğanın “ölməsi” gözlənilir. Daha sonra quzu əti, dənələnmiş nar, şabalıd, nar suyu və nardança sıra ilə əlavə olunur. Hər birindən sonra yemək ehmalca qarışdırılır.

Narın turş və ya şirin olmasının heç bir fərqi yoxdur. Adından da göründüyü kimi, yeməyə nə qədər çox nar əlavə olunsa, bir o qədər yaxşıdır.

Adətən bayram yeməklərini hazırlamağın çox vaxt tələb edəcəyini düşünürük. Nar qovurması isə çox rahat ərsəyə gələn yeməklərdən biridir. Yanına isə istədiyiniz qarnirdən istifadə edə bilərsiniz. Nəfis qoxusuna bütün qonşuların yığılacağına da əminik.

Nuş olsun!

Xəbər lenti
0