CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuz sakinindən heyrətamiz icad

Abunə olmaq
"Əgər maddi dəstək olarsa, yapon traktorlarından 10 qat qüvvəli traktor yığa bilərəm"

Tovuz rayon Eyyublu kənd sakini Azər Paşayev müxtəlif texnikalara aid detallardan istifadə edərək qeyri-adi traktor hazırlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, cəmi 500 kq-dək çəkisi olan texnika vasitəsilə o, özündən dəfələrlə böyük və ağır olan yüklü "Kamaz" avtomobilini belə, darta bilir.

İxtiraçı hələ ad vermədiyi texnikasını düzəltmək üçün generator mühərrikindən, "Jiquli" və "QAZ-51" avtomobillərinin sürət qutusundan, "QAZ -21 Volqa"-nın reduktoru və müxtəlif traktor hissələrindən istifadə edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Azər Paşayev texnikasından şum işləri, kartof çıxarmaq, yük daşmaq və digər təsərrüfat işlərində istifdə edir.

37 yaşlı ixtiraçı onun ərsəyə gəlməsinə, təxminən 2000-2500 manat vəsait xərclədiyini bildirir: “İdeyalarım var, dövlət dəstək verərsə, yaxud 10 min manat pulum olarsa, Yaponiya istehsalı olan ən güclü traktordan 10 qat daha qüvvəli bir texnika yığa bilərəm”.

Xəbər lenti
0