18:41 24 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bu gün Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində seminar və ustad dərsləri keçirilib. Günün ən maraqlı məqamlarını videomuzda izləyin.

Rusiya və Azərbaycanın qabaqcıl media işçiləri və jurnalistləri tələbələrlə öz təcrübələrini bölüşüblər. "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin məsləhətçisi Svetlana Babayeva, "Rossiya seqodnya" qrupunun onlayn və yeni media sahəsində layihə rəhbəri Mixail Konrad tələbələrə onlayn mətbuat işinin incəlikləri və multimedia jurnalistikasının sirləri haqqında danışıb.

Seminarı Sputnik Azərbaycan məlumat agentliyinin məsul redaktoru Zülfiyyə Qurbanova və multimedia jurnalisti Kamilla Əliyeva öz çıxışları ilə tamamlayıblar. Onlar isə yanlış xəbərlərlə necə mübarizə aparmaq və müasir multimedia-kontentini necə ərsəyə gətirmək haqda söz açıblar.

Qeyd edək ki, dekabrın 19-u SputnikPRO layihəsi çərçivəsində seminarlar Azərbaycanın mətbuat nümayəndələri üçün keçiriləcək.

Digər videolar

Əsas mövzular