07:45 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
© Sputnik / Shahperi Abbasova

Stalinin amansız rejiminin qurbanlarından olan Mustafa Şeyxzadənin qız nəvəsi Mahir Qədimli 1930-cu il Şəki üsyanı və babası haqqında Sputnik Azərbaycan-a danışıb.

Molla Mustafa həbs olunduqdan sonra onun ailəsinə və nəslinə qarşı çox güclü, amansız repressiya başlayıb. Nuxa şəhərinin yuxarı hissəsində, Xan məscidi yerləşən yerin yaxınlığında və Baş Göynük kəndində Qaraqamış-Dəvəyatan yolunun üstündə, o dövrdə 4 illik "şkol" adlanan məktəbin yaxınlığında quyu qazılıb. Başqa günahsız insanlarla birlikdə Molla Mustafanın qohumları və ailə üzvləri də güllələnərək həmin quyuda basdırılıb.

Səksən səkkiz il əvvəl baş vermiş üsyan - Azərbaycanın şərəf tarixi >>

Təəssüf ki, bizim qanla yazılmış tariximizin ən tutarlı sübutu olacaq həmin quyu kol-kosların içində itib-batıb.

1972-ci ildən bu günə kimi Şeyxzadə Mustafanın yurdunda yaşayan Qədimli babasının adının tarixdən silinməsindən narahatdır. Qədimlinin ən böyük arzusu həmin ərazini kol-koslardan təmizləyib, o toplu məzarı dünyaya tanıtmaqdır.

Digər videolar

Əsas mövzular