Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dinləyicilərlə səmimi gecə: Misilsiz Emindən daha bir möhtəşəm konsert

Abunə olmaq
Azərbaycanın xalq artisti Emin Ağalarovun (EMIN) ilin sonunda solo konsertləri artıq gözəl bir ənənəyə çevrilib. Onun konsertinin necə keçdiyini isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bu dəfə məşhur Azərbaycanlı müğənni və bəstəkar “Bumeranq 2018” yeni solo proqramı ilə dinləyicilərini görüşünə gəlib. EMIN həm hamı tərəfindən sevilən məşhur hitlərini, həm də tamamilə yeni kompozisiyalarını ifa edib. Konsertin baş tutduğu Heydər Əliyev Sarayında isə bircə yer belə boş qalmayıb.

Hər ifasından sonra EMIN ona yaxınlaşan dinləyiciləri ilə bir-bir selfi çəkdirib. Balacalar isə gecənin xüsusi qonağı olub, belə ki, ifaçı onlara yeç vaxt “yox” deyə bilmədiyini etiraf edib.

Emin: “Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” >>

Bu, artistin yeganə konserti olmayacaq. Belə ki, onun fanatları onu həm də Dekabrın 15-i dinləyə biləcəklər. Konsert 20:00-da baş tutacaq.

Xəbər lenti
0