21:14 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Yeni İl ərəfəsində “Soyuq Əllər, İsti Ürək” yarmarkasına baş çəkmək bir növ ənənə halını alıb. Təbii, çünki yarmarka bayram ab-havasının Bakıya gəlişinin bir rəmzinə çevrilib.

Sputnik Azərbaycan-ın çəkiliş qrupu da bayram əhval-ruhiyyəsinə qərq olmaq istəyib.

Havanın soyuq olmasına baxmayaraq, açıldığı gündən yarmarkaya minlərlə insan gəlir. Beləliklə, onlar həm də yaxşılıq etmiş olurlar, çünki “Nargis” nəşriyyat evinin təsis etdiyi “Nargis Fund” xeyriyyə layihəsi tərəfindən təşkil olunan yarmarkadan toplanmış vəsaitlər, hər il olduğu kimi, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə xərclənir.

Fəvvarələr Meydanı boyu qurulmuş 47 evcikdə nə istəyirsinizsə, var – suvenirlər, hədiyyələr, kitablar, nadir əl işləri, və təbii ki, hamımızın sevimlisi kabablar, isti içkilər və çoxlu “fast-fud”. Həmçinin gözəl küknar ağacı bəzədilib ki, yanında selfi çəkməyi unutmayın.

Yarmarka yanvarın altısına qədər işinə davam edəcək. 

Digər videolar

Əsas mövzular