CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki imkanları məhdud insanlar cəmiyyətimizdə necə yaşayır?

Abunə olmaq
Rəsmi statistikaya görə, Azərbaycanda 630 000 fiziki imkanları məhdud insan yaşayır.

Onların rastlaşdığı problemlər və bu problemlərin nə dərəcədə həll olunması Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə olunub. Müzakirədə Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və Azərbaycanın Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də iştirak ediblər.

D.Rəhimlinin sözlərinə görə, əlil insanların rastlaşdığı əsas problemlərdən biri təhsildir: “Bu sahədə hazırda kompleks yanaşma olmadığı üçün, mövcud çətinliklərin aradan qaldırılmasına hələ ki, ancaq ümid etmək olar”.

Məhluqə Rəhimova isə cəmiyyətin qadın əlil təbəqəsinin daha həssas olduğunu və çox vaxt məişət zorakılığına məruz qaldığını məyusluq hissi ilə qeyd edib.

Xəbər lenti
0