CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kubalı musiqiçi dillər əzbəri olan Azərbaycan mahnısını ifa etdi

Abunə olmaq
Tanınmış kubalı musiqiçi Yanssel Kastelyon görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Sevgilim” mahnısını oxuyub.

Kubalı ifaçı və onun “Los Amigos” qrupu Heydər Əliyev sarayında “jAzzeri Bands & Art” konsertində xüsusi qonaq qismində iştirak ediblər. Qaynar Latın Amerikası ritmləri ilə dinləyiciləri “qızışdırandan” sonra, Kastelyon Azərbaycanlı auditoriyasına xüsusi bir hədiyyə bəxş edib və hamımızın sevərək dinlədiyimiz “Sevgilim” mahnısını ifa edib. Samirə Rəcəbli ilə oxunan bu duet dinləyicilər üçün gecənin sürprizi olub.

Qeyd edək ki, “Sevgilim” görkəmli Azərbaycan bəstəkar Tofiq Quliyev tərəfindən bəstələnib.

Xəbər lenti
0