21:04 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Bu gün Bakıda “IV Türk Filmləri Həftəsinin” açılışı olub. Həftənin açılış qalasına Sezgin Erdemir, Gizem Karaca və Deniz Oral kimi məşhur türk aktyorları da təşrif buyurub. Gizem Karacanın Bakı haqqında təəssüratlarına isə Sputnik Azərbaycanın videosunda baxın.

Bakıya dünən gələn türk məşhurlar artıq Bakını gəzməyə də vaxt tapıblar və Azərbaycan mətbəxini çox bəyəndiklərini söyləyiblər. Gizem Karaca isə, deyəsən, yay tətilini Bakıda keçirməyi planlaşdırır.

Qeyd edək ki, 5 gün davam edəcək “Türk Filmləri Həftəsi” Nizami kinoteatrında keçirilir. Giriş pulsuzdur.

Digər videolar

Əsas mövzular