15:19 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Artıq beşinci ildir ki, keçirilən əl işləri festivalı ənənə şəklini alınıb. İldə iki dəfə keçirilən festival bu dəfə Milad və Yeni il bayramlarına həsr olunub. Festivalda nümayiş etdirilən əl işləri Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bu festival əl işləri ilə məşğul olanlar, xüsusilə də evdar xanımlar üçün əlverişli platformaya çevrilib. Budəfəki festivalda 60-a yaxın usta iştirak edir. Festivalda bəzi işlərin hazırlanması qaydaları ilə tanış olmaq, həm də işləri əldə etmək olar.

Bundan başqa, festival çərçivəsində ebru sənəti və çay daşı üzərində rəsm üzrə master-klasslar da keçirilir.

Qeyd edək ki, iki gün davam edəcək festival “Kapellhaus”da keçirilir. Festivala giriş pulsuzdur.

Digər videolar

Əsas mövzular