CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arzuların, xəyalların fəsli yaradıcı insanın gözü ilə

Abunə olmaq
Payız, sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır. Yeganə fəsildir ki, təbiətin bütün rənglərini görmək mümkündür.

Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantik fəsil... Payız həm də yaradıcı insanların fəslidir. Təbiətin hələ tam boza bürünmədiyi, qışınsa qapıda gözlədiyi bir zamandır payız. Həmçinin təbiətin qızıl dövrüdür. Qızılı rəngli xəzanların ayaqlarımıza dolaşdığı zamandır...

Payız bərəkət fəslidir, arzuların, xəyalların mövsümüdür. Necə ki, bağ-bağçalardakı bolluqla insanları sevindirir, eləcə də rəngarəngliyi ilə qəlbləri riqqətə gətirir. Payızı duymaq, hiss etmək, onunla iç-içə yaşamaq insana bir başqa zövq verir. Əfsus ki, gündəlik iş, qayğılarımız bizi bu gözəllikdən ayırır.

Könülləri valeh edən payızın ana təbiətə bəxş etdiyi qüsursuz gözəlliyi siz də izləyin, həm gözünüz dincəlsin, həm də ruhunuz təzələnsin!

Xəbər lenti
0