CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin ən əlvan bayramı: Göyçayda Nar Festivalı

Abunə olmaq
Gözəl ənənəyə çevrilmiş Nar Festivalı artıq 13-cü dəfədir ki, Göyçayda keçirilib. Bayram hər il əlvanlığı və rəngarəngliyi ilə yadda qalır.

Builki Festivalda rayonun 25 kəndindən gəlmiş bağbanlar təmsil olunub. Qonaqlar müxtəlif səhnəcikləri, ədəbi-bədii kompozisiyaları, milli folklor nümunələrini, gənc rəssamların və məktəblilərin əl işlərini, yarış və müsabiqələri maraqla seyr ediblər.

Göyçay Nar Festivalının birinci günü. 3 noyabr 2018-ci il - Sputnik Azərbaycan
FOTO
Göyçaydakı Nar Festivalından maraqlı kadrlar
Həmçinin nardan hazırlanmış aş, nardança, kətə, yuxa, nar şərab, nar şirəsi kimi çeşidli təamların dadına baxıblar.

Festivalən ən maraqlı hissələrindən biri isə nar atmaq, nar sıxmaq kimi yarışlar olub. Tədbirdəki ən böyük narın çəkisi 1kq 300 qram gəlib.

Qeyd edək ki, narın şirəsindən və qabığından 20-yə yaxın xəstəliyin müalicəsində istifadə olunur.

Xəbər lenti
0