CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bapbalaca boyu ilə selə meydan oxudu

Abunə olmaq
Son günlər internetdə sellərə qərq olmuş küçələri keçən, daha dəqiq desək, “üzən”, VAZ “Oka” avtomobilinin videosu getdikcə populyarlaşır.

Rusiyanın 5-ci kanalının yaydığı videoda cəsur “Oka”nın məharəti lentə alınıb. Yerli sakinlər nəfəslərini çəkərək əhvalatı izləyiblər. Yarısı su altında qalmış balaca maşının sönmədən yoluna davam edəcəyinə heç kim inanmırdı.  

İki insanın canını almış selin fəsadlarını aradan qaldırmağa çalışırlar  - Sputnik Azərbaycan
VİDEO
İki insanın canını almış selin fəsadlarını aradan qaldırmağa çalışırlar

Buna baxmayaraq, maşının sürücüsü idarəetməni itirmədən Soçi sakinlərinə əsl master-klass göstərib. İzləyicilər “Oka”nın təbii fəlakətlə mübarizəsini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Rusiyanın Krasnodar bölgəsini anomal leysan yağışlar bürüyüb. Təbii fəlakət nəticəsində iki nəfər dünyasını dəyişib, daha üç nəfər isə xəsarət alıb. Hal-hazırda Krasnodar bölgəsində fövqəladə vəziyyət elan olunub.

Xəbər lenti
0