Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi

Abunə olmaq
Bakıda İnnovasiyalar Həftəsi çərçivəsində “Global Influencer Day” konfransı start götürüb. Tədbirin ən maraqlı hissəsi isə məşhur robot Sofiyanın ənənəvi Azərbaycan libasında çıxışı olub.

"Global Influencer Day" konfransının əsas müzakirə məqamları rəqəmsal marketinq və sosial medianın təsir strategiyaları və ən aktual tendensiyaları olub. Heydər Əliyev Mərkəzində keçirilən tədbirin ən maraqlı qonağı isə Robot Sofiya olub. O, Azərbaycanın cavan olmasına baxmayaraq, regionda innovasiyalar mərkəzinə çevrilmək üçün böyük potensiala malik olduğunu qeyd edib. 

 Global Influencer Day - Sputnik Azərbaycan
FOTO
Global Influencer Day: Robot Sofiya və digital marketinq trendləri Azərbaycanda

Azərbaycan dilini bir az öyrəndiyini deyən Sofiya həm də Azərbaycanın dadlı mətbəxindən xəbərdar olduğunu bildirib. Amma zarafatla əlavə edib ki, bu mətbəxin dadına baxa bilmir.

Qeyd edək ki, "Global Influencer Day" konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Turizm Agentliyi, "ADA" Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palası, Azərbaycan Konqreslər Bürosu və CAMCA şəbəkələrinin dəstəyi ilə keçirilir.

Sputnik Azərbaycan "Global Influencer Day" konfransının məlumat tərəfdaşıdır.

Xəbər lenti
0