CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevir sakini qeyri-adi hobbisindən danışır

Abunə olmaq
Mingəçevirdə göyərçin saxlayanların ustadı hesab edilən Fəxrəddin Salmanov 40 ilə yaxındır bu hobbi ilə məşğuldur.

Son günlər isə digər quşbazlardan fərqli olaraq, o, öz göyərçinlərini şəhərin parklarından birinə köçürərək, orada bəsləməyə başlayıb.

Həmsöhbətimiz hərdən başa düşülməməkdən əziyyət çəkdiyini də etiraf edib. Dediyinə görə, hətta rəsmi qurumların nümayəndələri ondan göyərçinlərini parkdan yığışdırmağı tələb edirlər, lakin buna görə heç bir əsas gətirmirlər.

“Şəhər sakinləri göyərçinləri yemləyərkən istirahət edirlər. Amma hər gün gəlirlər ki, "olmaz, olmaz", səbəbini isə izah eləmirlər."

Peşəkar quşbaz qeyd edir ki, göyərçin saxlamaq, bir növ, pulsuz müalicədir, sağlamlıqdır: "Nə qədər əsəbi olsam da, quşların yanına gələn kimi bütün əsəbim, stressim aradan qalxır. Sanki pulsuz müalicədir mənimçün".

Xəbər lenti
0