Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kolleci qana boyayan şəxs hücumdan öncə silah alarkən kameralara düşüb

Abunə olmaq
Kerç hadisəsində şübhəli bilinən Vladislav Roslyakov hücumdan bir neçə gün öncə tüfəng və patron alarkən kameralar tərəfindən lentə alınıb.

Rusiyanın 5-ci kanalının yaydığı video görüntüdə Roslyakovun mağazada silah və patron alması aydın görünür. Kanalın verdiyi məlumata görə, şübhəli bilinən tələbə bir ay öncə — sentyabrın 8-də, özü ilə silah gəzdirmək üçün lisenziya alıb.

Xatırladaq ki, ötən gün Krımın Kerç şəhərində Politexnik Kollecində baş verən hücum zamanı 20 nəfər dünyasını dəyişib, daha 50 nəfərin isə xəsarət aldığı bildirilir. Ən son məlumata görə, hücum əldaqayırma partlayıcı qurğu və tüfənglə törədilib. İnsidentdə şübhəli bilinən Vladislav Roslyakovun cəsədi də kollec otaqlarının birində tapılıb. 18 yaşlı tələbənin insidentdən sonra özünə qəsd etdiyi söylənilir.

Qeyd edək ki, Krımda hadisə ilə bağlı üç günlük matəm elan olunub.

 

Xəbər lenti
0