Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır

Abunə olmaq
Sərbəst və yunan-Roma güləşi üzrə milli yığmalarımız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşırlar.

Məşqlər artıq başa çatmaq üzrədir. Güləşçilərimiz yarışa tam hazırdır. Bu il təcrübəli güləşçilərlə yanaşı, gənclər də heyətə cəlb olunub. Məşqçilər gənclər arasında dünya çempionatında fərqlənmiş güləşçilərimizi əsas heyətdə sınaqdan keçirmək istəyir.

Komandanın ab-havası yüksək səviyyədədir. Bəzi idmançılarımızın zədəli olmalarına baxmayaraq, çempionatdan medalla dönməyə əzmlidirlər.

 

Xəbər lenti
0